Cari ilin iyun ayında ölkə enerjisistemində 1,6 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bu barədə "Azərenerji ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 6 ayı ərzində isə 10,8 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.