Son beş ildə 117 körpəyə Zəhraxanım adı verilib
Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.
Unikal.org xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.
Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib.