Salyan rayonunda 1941-1945-ci il müharibəsində həlak olmuş salyanlıların xatirəsinə inşa olunmuş abidə kompleksi ətrafındakı hasar sökülüb.

Unikal.org "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, bu barədə rayon sakinləri məlumat verib.

Həmin abidə keçmiş icra başçısı Tahir Kərimovun dövründə hasara alınmışdı. İddiaya görə, abidənin divarlar arxasına salınmasında məqsəd ərazisindəki yolkalılıq sahəsinin satılması olub.

Qeyd edək ki, prezident İlham Əliyevin bu ilin martın 4-də imzaladığı sərəncamla Tahir Kərimov vəzifəsindən azad olunub. Onun yerinə Sevindik Hətəmov təyin edilib.