Ermənilər lavaşla bağlı iddialarının baxılacağı tarix bəlli oldu. 

Unikal.org anspress-ə istinadən məlumatına görə, bu bardə Türkiyənin "Habertürk" saytı məlumat yayıb. Mətbuatda yer alan məlumata görə, ermənilər lavaşın "erməni çörəyi" kimi UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınmasını istəyirlər.

İddiaya görə, ermənilərin bu addımından sonra 5ölkə-Türkiyə, Azərbaycan, İran, Qırğızıstan vəQazaxıstan lavaş üçün birlikdə sənədləri hazırlayaraq adıçəkilən quruma təöqdim edib. Bu ölkələrin hazırladığı və "İncə çörək hazırlama və paylaşma mədəniyyəti:Lavaş, qatırma, yupka, yufka adlanır. Burada lavaşın regionun ortaq mədəniyyəti olduğu vurğulanır.

Sənədlə bağlı qəraraın veriləcəyi tarix də bəlli olub. Sənədlə bağlı son qərar 28 noyabr - 2 dekabr tarixlərindəEfiyopiyada keçiriləcək qeyri-mədəni irs 11-ci hökumətlərarası komitənin toplantısında baxılacaq.

Məlumatagörə, Ermənistan lavaşla bağlı ddialarını bir neçə il öncə sənəd formasında "Ermənistan çörəyi lavaş" kimi UNESCO-ya təqdim edib. Lakin Türkiyə və Azərbayacanın etirazlarından sonra sənədin adı "Ermənistanda lavaş" kimi dəyişdirilib.

UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ermənilərin adına çıxarılan lavaş qərarında dəyişiklik edilib. Buradalavaş erməni mətbəxinə xas bir qida növü olaraq qeyd edilmir."Bir yemək növünün Ermənistan ərazisində bişirilməsi bunun erməni xalqına xas olacağı mənasını vermir", -deyə UNESKO-da təşkil olunan yığıncaq zamanı Azərbaycan tərəfi bildirib.


Tünrkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında isə qeyd edilir ki, lavaş bu ölkədə ancaq qida növü kimi tanınmır. "Kimsə verdiyi sözü pozanda başının üzərində quru bir lavaş qırılır. Toylarda hədiyyə əvəzinə lavaş taxılır. Yəni burada söhjbət anacaq çörək mədəniyyətindən getmir. Laaşla bağlı müəyyən ənənəvi və mədəni rituallar var. Təqdime dilən sənəddə də bunlardan bəhs edilib".

Türk mətbuatında yer alan məlumat
Türk mətbuatında yer alan məlumat

Lavaşsözü türk sözü olub lay-aş, yəni nazik yemək sözündən götürülüb. ermənilər isə sözün girişində lav-ermənicə yaxşı sözünü əsas götürərək bunun ermənilərə məxsus olduğunu iddia edirlər. Amma əksər ekspertlər lavaşın tükcə adı daha doğrudur.

Ermənistan tərəfindən "Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü - mədəniyyətin ifadəsi kimi adlı nominasiya 2013-cü ildə qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi məqsədilə UNESCO-ya təqdim edilib. 2003-cü il Konvensiyasına əsasən nominasiyalar 24 üzv dövlətdən ibarət qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən nəzərdən keçirilir.

UNESCO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşıb. Halbuki Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında YUNESKO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Belə ki, Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alınıb və Komitə tərəfindən qəbul edilməyib. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olsa da, son qəbul edilən faylın adı"Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia"("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub.

Bununla da UNESCO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil.

Lavaş