Unikal.org xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, "Demokratiya və İnsan Hüquqları Komitəsi" təşkilatının sədri Çingiz Qənizadə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparıla bilməsi ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
Millət vəkili DİM-in saxlanılması üçün bu qaydanın tətbiq edilməsini normal qarşıladığını bildirib: "Hesab edirəm ki, burada hər hansı problem axtarmağına dəyməz. Özünə güvənən hər bir abituriyent 25 manat ödəməklə imtahanlarda iştirak edə bilər. Bu da çox normaldır".
Qeyd edək ki, M.Abbaszadə orta məktəblərdən buraxılış imtahanlarından başqa digərlərinin ödənişli ola biləcəyini və bununla bağlı Tarif Şurasına müraciət ediləcəyini bildirib: "Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır".
Onun sözlərinə görə, müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir, ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur.