"YouTube" Venesuela prezidenti Nikolas Maduronun hesabını bloklayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Bildirilir ki,  Maduro səhifəni açmağa cəhd edərkən hesabın “istifadəni pozduğuna görə” bloklandığı barədə mesaj görüb. 

Venesuela liderinin "YouTube" kanalı hökumət və prezident tədbirlərinin gündəlik yazılarını və yayımlarını dərc edir və 200.000-dən çox abunəçiyə malikdir.