Bosfor boğazında sərnişin gəmisi ilə yük daşıyan gəmi toqquşub.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Hadisə İstanbulda Üsküdar körpüsü yaxınlığında baş verib. Sahil mühafizəsi hadisə yerindədir, araşdırmalara başlanılıb.