ABŞ Prezidenti Donald Tramp gələn ilin əvvəli Çinə səfər edəcək.
"Unikal"ın məlumatına görə, bu barədə o, Çin sədri Si Cinpinlə telefon danışığının nəticələri ilə bağlı “Truth” sosial şəbəkəsində məlumat verib.
O, Çin Sədrinin də münasib vaxtda ABŞ-a səfər edəcəyini açıqlayıb.
Tərəflər, həmçinin oktyabrın axırı Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda da bir araya gələcəklər.