Bu ilin yanvar-avqust aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 obyektdə nəzarət tədbirləri aparıb.

"Unikal" nazirliyə istinadən xəbər verir ki, nəticədə 166,9 milyon manat məbləğində artıq və əsassız ödəniş aşkar edilib.

Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.