ABŞ Prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp İstanbula səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Middle East Eye (MEE) nəşri məlumat yayıb.
Bildirilir ki, o, səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Səfəri ilk olaraq Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl açıqlayıb. O, Ərdoğanın Qəzza ilə bağlı ABŞ prezidentinin böyük oğlu ilə “gizli danışıqlar” apardığını iddia edib.
Qeyd olunur ki, danışıqlar fonunda Türkiyə hökuməti gələn həftə ABŞ-yə gedə bilər.
Gülayə Mecid