Şirvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "VAZ 2107" markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, Zeynəb Qarayevanı vurub. 

Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Lakin o aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev