"Bu gün milli varlığımızı, kimliyimizi qorumaq üçün toplaşmışıq".
"Unikal"ın məlumatına görə, bunu İraq parlamentinin Kərküklü deputatı Ərşad Salihi Bakıda keçirilən II "Türkmən İrsi: Vətəndaş Cəmiyyətlərinin Həmrəyliyi" Forumunda deyib.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib: "Bu gün Qarabağımızın azad olunması, can Azərbaycanımızın dağ kimi ayaqda dayanması dünya türklərinin istədiyi bir həqiqətdir ki, o da oldu.
Cənab prezident İlham Əliyev zamanında bir tvit paylaşmışdı. Dedi ki, müstəqil olan Türk Dövlətləri Təşkilatları bir araya gəlib. Amma təşkilatdan kənarda yaşayan türklərimiz var. Biz onları niyə unutmuşuq?
Mən buradan müraciətimlə cənab prezidentdən bir xahiş edəcəyəm: Türk Dövlətləri Təşkilatının masası qurulub. O masada ölkələrin liderləri oturublar. Mən də xahiş edirəm ki, təşkilatdan kənarda qalan türklər üçün orada küncdə bir yerdə müşahidəçi qismində yer verin".
Ağarza Elçinoğlu











.jpeg)

.png)


































