Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Azyaşlı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.






.jpeg)


.png)








































