24 iyun axşamı Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, əsas zəlzələnin episentri Karabobo ştatının Moron şəhərindən 16 kilometr cənub-qərbdə, Karakasdan təxminən 160 kilometr qərbdə yerləşib. Episentr 10 kilometr dərinlikdə yerləşib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Karakasda yaşayış binaları uçub və ciddi ziyan dəyib. Venesuela Daxili İşlər naziri Diosdado Kabello Altamira və Los Palos Grandes rayonlarında "həyəcanverici vəziyyət" olduğunu bildirib. Yeraltı təkanlar Trujillo, Yaracuy, Carabobo, Aragua, Miranda və La Guaira ştatlarında da hiss olunub. Xilasetmə işçiləri, yanğınsöndürənlər və polis zərər çəkən yerlərə göndərilib və sakinlərə yeraltı təkanlar riski səbəbindən zədələnmiş evlərə qayıtmamaq tövsiyə edilib.
Venesuelanın əsas hava limanı olan Mayketiya Simón Bolivarda terminalın damının bir hissəsi çöküb və nəticədə bütün uçuşlar ləğv edilib.
Ölkədə fövqəladə vəziyyət elan edilib.
Gülayə Mecid












































.jpg)










