ABŞ-nin Kaliforniya ştatının şimalında 5.6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Unikal" xəbər  verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 4.8 min nəfər əhalisi olan Uillits şəhərindən 12 kilometr cənub-şərqdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.