Kəlbəcərə güclü yağışdan sonra dolu yağıb.
"Unikal"ın məlumatına görə, bu gün axşam saatlarında rayonun mərkəzinə və ucqar kəndlərinə yağan güclü yağış sonra doluya çevrilib.Yağan dolu təxminən 25-30 dəqiqə davam edib.Gülcü yağışdan sonra yağan dolunun ziyan vurması ilə bağlı hələlik məlumat yoxdur.
Təbiət hadisəsi rayonun yaylaqlarında və ətraf kəndlərində müşahidə olunub.
Xatırladaq ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Tural Əhmədov