Bakı doqquzuncu dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edir. Hər il yarış zamanı iştirakçıların və Azərbaycan paytaxtının çoxsaylı qonaqlarının xüsusi diqqətini çəkən hadisə baş verir.

"Unikal" xəbər verir ki, qalib bazar günü müəyyənləşəcək, lakin yarışın ulduzu artıq var.

Builki Formula 1 yarışında tamamilə gözlənilməz qəhrəman peyda olub - paddokun yaxınlığında pişik balası. Sosial şəbəkələrdə yarışın yeni maskotu ilə bağlı çoxsaylı layk və şərhlərlə müşayiət olunan, italiyalı yarışçı Andrea Kimi Antonellinin pişik balasını əlində tutduğu foto və videolar yayılır.

Tüklü “fan” ilə bağlı həyəcan hətta “Williams” komandasının yarışçısı Aleks Elbonun anasına da çatdı və o, instaqramdakı paylaşımında oğlundan pişik balasını evə gətirməsini xahiş etdi. Bax beləcə, Bakı küçələrində izdiham ilə maraqlanan pişik balasının oynaq səmimiliyi milyonların ürəyini fəth etdi.