ABŞ Prezidenti Donald Tramp İrana qarşı gələcək addımları müzakirə etmək məqsədilə administrasiyasının yüksəkvəzifəli rəsmiləri və müşavirləri ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-nin İrana qarşı hərbi əməliyyatları genişləndirib-genişləndirməməsi ilə bağlı mümkün qərarların müzakirəsinə həsr olunub. Hələlik görüş zamanı hər hansı yekun qərarın qəbul edilməsi barədə məlumat verilməyib.

Qəzet xatırladır ki, Tramp bu həftənin əvvəlində “Axios” portalına müsahibəsində administrasiyasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyat və kütləvi zərbələr endirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.