Mark van Bommelin Belçika millisinə baş məşqçi təyinatı rəsmiləşib.

"Unikal" xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

49 yaşlı niderlandlı mütəxəssis vəzifəsinin icrasına avqustun 15-dən başlayacaq. Onunla müqavilənin müddəti 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonunadək nəzərdə tutulub.

Van Bommel son olaraq 2022-2024-cü illərdə "Antverpen"i çalışdırıb. Onun rəhbərliyi altında komanda Belçika çempionu, ölkə kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, Belçika Futbol Assosiasiyası dünya çempionatından sonra Rudi Qarsiya ilə yollarını ayırmışdı.