Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “IT SkillSprint” beynəlxalq intensiv təhsil proqramında uğurlu nəticə göstərən tələbələrlə görüşüb.
"Unikal" xəbər verir ki, tələbələri təbrik edən rektor universitet-sənaye əməkdaşlığının inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı baxımından “IT SkillSprint” proqramının əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, bu cür proqramlarda tələbələrin iştirakı onların praktiki bacarıqlarının inkişafı baxımından təqdirəlayiq addımdır.
Qeyd edək ki, 17 fevral–17 iyul 2026-cı il tarixlərini əhatə edən proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Proqramda iştirak hüququ qazanan 123 tələbədən 19-u AzTU-nu təmsil edib.
İştirakçılar “DevOps & Cloud Computing”, “Data & AI”, “Cybersecurity” və “Web Development” istiqamətlərində beynəlxalq mentorların rəhbərliyi ilə nəzəri biliklərini təkmilləşdirib, real layihələr hazırlayıb, hakatonlarda və karyera sərgilərində iştirak ediblər.
Yekun nəticələrə əsasən, AzTU tələbələri Jalə Süleymanova “Data & AI”, Əli Ağərzayev, Raul Asgarov və Xədicə Əliyev “Cybersecurity”, Lalə Həşimli isə “DevOps & Cloud Computing” istiqaməti üzrə birinci yerə layiq görülüb.
Bundan əlavə, AzTU tələbəsi Ömər Verdizadə “Cybersecurity” istiqaməti üzrə 100 faiz nəticə göstərərək “Top Performer” adına layiq görülüb.




























.jpg)

















