Rusiyalı müğənni MakSim (əsl adı Marina Maksimova) sakitləşdirici dərman qəbul etdiyinə görə xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, atasının ölümündən sonra sənətçinin ağır stress səbəbindən çoxlu sakitləşdirici dərman qəbul etdiyi iddia edilir. Bundan sonra müğənni zəiflik və çaşqınlıqdan şikayətlənib. MakSim özü bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
Sənətçinin atası Sergey Abrasimov iyulun 19-da vəfat edib. O, 14 ildir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.







































.jpg)







.jpg)









