Argentina Prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatından sonra milli komandanın ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

"Unikal" xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Argentina yığmasının uğurlarının bəzi dairələrdə qısqanclıq yaratdığını qeyd edib.

“Argentinanın problemi ondadır ki, biz həddindən artıq diqqət çəkirik. İnsanlar bizə paxıllıq edir və demək olar ki, hər sahədə uğurluyuq”, – deyə Miley bildirib.

Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olaraq turniri ikinci pillədə başa vurub. Həlledici görüşün əsas vaxtında hesab açılmayıb. Qarşılaşmanın taleyini əlavə vaxtın ikinci hissəsində vurulan qol həll edib. “Barselona”nın hücumçusu Ferran Torres rəqib qapısından keçirdiyi top sayəsində İspaniyaya dünya çempionluğunu qazandırıb.

Argentina final matçının 93-cü dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. Enso Fernandes top uğrunda mübarizədə Pau Kubarsiyə qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, dünya çempionatının üçüncü yer uğrunda keçirilən qarşılaşmasında İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb