Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət, həmçinin Qara dənizin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.