İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçi Rodri əməliyyat olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın yeni baş məşqçisi Enzo Mareska danışıb.
O, 30 yaşlı futbolçunun belindən əməliyyat olunacağını açıqlayıb. İtaliyalı mütəxəssisin sözlərinə görə, cərrahi müdaxilə bazar ertəsi həyata keçiriləcək:
"Bazar ertəsi onu əməliyyat gözləyir. Daha sonra isə məzuniyyətə çıxacaq, dincələcək və bərpa prosesi keçəcək. Bundan sonra komandaya qayıdacaq".
Qeyd edək ki, 30 yaşlı futbolçu ötən həftə İspaniya millisi ilə dünya çempionu olub və turnirin ən yaxşı oyunçusu seçilərək "Qızıl top" mükafatını qazanıb



















































