"Amerika əvəzsiz təcrübə qazandı. Bu müharibənin bütün təcrübəsini". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABŞ Ukraynaya yardımın əvəzində nə qazandı" sualına cavabında deyib.

"ABŞ-dakı bütün generallar bunu artıq başa düşüblər...Amerika bu təcrübəni canı ilə ödəmədən qazandı. Biz ödədik. Bizim təcrübəniz olmasaydı, Amerikanın bu səviyyəyə çatması 10, 20 il çəkərdi... Beləliklə, Amerika tamamilə unikal bir şey qazandı.

Bizim dron müqaviləmiz qarşılıqlı faydalı əməkdaşlıqdır. Biz ABŞ-da nəhəng bir fabrik tikəcəyik.

İndi dronlarımız var və bizə Rusiyada 3000 kilometrdən çox məsafədəki hədəfləri vurmağa imkan verir.

Bu il 4000 kilometrə çata biləcəyik. Gələn il - 5-dən 10-a qədər..." - deyə Ukrayna lideri bildirib.