Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunur.
Bu barədə "Unikal"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edir.
Proqram "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində həyata keçirilir.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan vətəndaşlarına Mərakeşin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı təqdim olunur.


























.jpg)







.jpg)






















