"Real" "Leyptsiq"də çıxış edən Yan Diomandeni transfer etmək istəyir.

"Unikal" Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa nəhəngi Fil Dişi Sahili millisinin üzvü üçün 90+10 milyon avroluq təklif göndərib. Almaniya klubu bu təklifi rədd edib. Onlar 19 yaşlı vinger üçün daha çox pul tələb edirlər.

Qeyd edək ki, Yan Diomande 2025/26 mövsümündə "Leyptsiq"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.