Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova 23 yaşlı qızına böyrəyini verib.
"Unikal" xəbər verir ki, bu barədə əməliyyatın gerçəkləşdiyi Yeni Klinika məlumat yayıb.
Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Qeyd edək ki, resipiyent Elvira Novruzova və donor Gülşən Novruzova Vətən müharibəsi şəhidi Elvin Novruzovun ailə üzvləridir. Elvin Novruzov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.





















































