BMT-nin baş katibi Antonio Quterreş Yəmən Ənsar Allah hərəkatının Qırmızı dənizdə mülki gəmilərə yenidən hücum etməsindən dərin narahatlığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat verir.

Quterreş dərhal gərginliyin azaldılmasını tələb edib və husiləri gərginliyin artmasına səbəb ola biləcək növbəti hücumlardan və digər hərəkətlərdən çəkinməyə çağırıb. 

Daha əvvəl Ənsar Allah hərəkatı verdiyi açıqlamada Yəmənli Husilərin Səudiyyə Ərəbistanına məxsus iki tankerə raket və dronlarla hücum etdiyini bildirmişdi.