İngiltərə millisinin və “Tottenhem”in sabiq futbolçusu Cermeyn Defo V Liqa təmsilçisi “Uokinq” klubunun baş məşqçisi vəzifəsini tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

43 yaşlı mütəxəssis bu ilin aprel ayından komandaya rəhbərlik edirdi. Aşağı liqa təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.

Qeyd edək ki, Cermeyn Defo məşqçilik karyerası ərzində daha əvvəl “Tottenhem”in gənclər komandasında məşqçi, həmçinin Şotlandiyanın “Reyncers” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.