Ukrayna Futbol Federasiyasının keçmiş rəhbəri Andrey Pavelko Slovakiyada saxlanılıb.
"Unikal" xəbər verir ki, o, öz ölkəsində 295 milyon qrivna (6,6 milyon dollar) mənimsəməkdə ittiham olunur.
Müstəntiqlərin sözlərinə görə, Andrey Pavelko yalnız kağız üzərində mövcud olan dəniz məhsulları, premium çay və elektrik avadanlıqlarının tədarükü üçün saxta müqavilələr bağlayıb və həmçinin, tabeliyindəki şirkətlər vasitəsilə vəsaitləri mənimsəyib.
O, 2015-ci ildən 2024-cü ilə qədər UFF-yə rəhbərlik edib və əvvəllər mənimsəmə işində ittiham olunub. İndi onu 12 ilə qədər həbs cəzası gözləyir.



















































