İsmayıllıda Heydər Əliyev adına parkın vəziyyəti sakinləri narahat edir.

"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, parkda fəaliyyət göstərən fəvvarələr uzun müddətdir işləmir. Uşaqların əylənməsi üçün quraşdırılmış attraksionların bir qismi istifadəyə yararsız vəziyyətə düşüb.

Rayon sakinləri bildirirlər ki, parkda ailəvi istirahət etmək, oturub çay içmək üçün şərait yoxdur.

Onların sözlərinə görə, digər rayonlarda olduğu kimi, bu parkda da sakinlərin rahat istirahəti üçün lazımi şərait yaradılmalıdır.