Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.
Unikal.org Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğluşəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.
Allah rəhmət eləsin!