Azərbaycanın Fövqladə Hallar Naziri Kəmaləddin Hedyərovun yubileyidir.

Unikal.org-un məlumatına görə, onun 55 yaşı tamam olur.

General-polkovnik Kəmaləddin Fəttah oğlu Heydərov 1961-ci il iyul ayının 15-də Naxçıvan Muxtar Respublikasının Babək rayonun Çeşməbasar kəndində anadan olub.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalııb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib.

Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imza ilə bəstələyən nazir bir neçə hit mahnının müəllifidir. Mahnılarından ən məşhuru "Nigaranam"ı Özbək müğənnisi Nəsibə Abdullayeva və bir çox yerli tanınmış müğənnilər ifa edib.

Sözləri tanınmış şair Baba Vəziroğluna məxsus "Xalq Heydər Söyləyəcək" mahnısı isə Kəmaləddin Heydərovun şah əsəri sayılır.

Unikal.org həmin mahnını oxuculara təqdim edir: