Azərbaycan Milli Məclisinin deputatları bu gün tətilə buraxılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, qanunverici orqanın üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.