Bakının Suraxanı rayonu ərazisində - aeroport yolu kimi tanınan ərazidə sərnişin avtobusu qəzaya uğrtauıb
Unikal.org xəbər verir ki, Suraxanı Rayon Polis İdarsindən anspress-ə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 171 saylı sərnişin avtobusu ilə yük maşını toqquşub. Hadisə yerinə idarənin polis əməkdaşları cəlb edilib.

Avtobusda olan sərnişinlər arasında yaralaıların olduğu bildirilir. Əraziyə cəlb edilən təcili tibbi yarım maşınları yaralıları xəstəsaxanaya daşıyır.

Hazırda təxminən 10 nəfərin xəstəxanaya çatdırıldığı deyilir.

Bakıda sonuncu belə insan xəsarəti ilə nəticələnən avtobus qəzası aprel ayında qeydə alınıb. Nizami rayonunun ərazisində - metronun Qara Qarayev stansiyası yaxınlığında 36 və 62 nömrəli avtobuslar toqquşub. Hadisə zamanı 13 nəfər xəsarət alıb.

Hadisədən sonra qəzaya uğrayan 62 saylı avtobusu idarə edən İsmayılov Anar polis əməkdaşları tərəfindən saxlanılıb. Qəzaya səbəb avtobuslardan birinin işıqforun qırmızı işığında yolu keçməsi olub.