Əli Kərimli Natiq Kərimovu niyə müdafiə edir?
12:21 09-01-2016
CƏMİYYƏT
Oyunların bir tərəfi siyasi mübarizə adı altında çirkaba bulaşmış Milli Şura və onun rəhbərinə dayanır
Xəbər verdiyimiz kimi, ötən gün Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov dövlətə xəyanətdə ittiham edilərək həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumata görə, Natiq Kərimov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirib.
DTX bəyan edib ki, Nardaran ağsaqqalının dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr var.
Bundan öncə də Natiq Kərimov MTN-nin həbsdə olan rəhbər şəxsləri ilə əlaqədə olması, daha dəqiq desək onun general Çovdarova işləməsi haqda məlumat yayılmışdı. Bu məlumatların nə dərəcədə doğru olub-olmadığını deyə bilməsək də, Natiq Kərimov ötən ilin dekabrında 6 saata yaxın Baş Prokurorluqda dindirilərək ifadəsi alınmaması onun həbsinin bir günün içində deyil, aparılan araşdırmalar, əldə edilən səhih faktlar əsasında həyata keçirildiyini göstərir.
Odur ki, Natiq Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müdddətinə həbs qətimkan tədbiri seçilib.
Vəkilinin bu gün mətbuata verdiyi açıqlamaya görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək. Yəni, Hacı Natiq dolayı yolla təqsirini boyununa alaraq şikayət verməkdən boyun qaçırıb.
Maraqlıdır ki, Nardaran hadisələri baş verəndən sonra "corab söküyü" kimi dövlətə xəyanət edənlər, dini kəsimi hakimiyyətə qarşı etiraza qızışdıranlar, Azərbaycanda dini dövlət qurmaq xülyası ilə yaşayanlar və digər çirkin oyunların üstü açıldı və bu proseslər davam etdirilir. Nədənsə, oyunların bir tərəfi siyasi mübarizə adı altında çirkaba bulaşmış Milli Şura və onun rəhbəri Əli Kərimliyə dayanır.
Hacı Natiqin həbsindən sonra Əli Kərimlinin "Facebook qəhrəmanları" dövlətə xəyanət ittihamı irəli sürülən şəxsin müdafiəsinə qalxaraq, onu "Milli Qəhrəman" statusuna qədər yüksəltməyə çalışdılar. AXCP sədri yazdığı Facebook statusunda bəyan edir ki, Nardaranda bu gün sabitlik, əmin-amanlıq hökm sürürsə, dövlət bunu Natiq Kərimova borcludur. Əli Kərimlinin statusundan belə çıxır ki, hüquq-mühafizə orqanlarının, dövlətin Nardaranda iki aya yaxındır keçirdiyi köklü islahatların heç bir faydası yox imiş, qəsəbədə sakitliyi, etirazların qarşısını Hacı Natiq alıb. Kərimlinin gülünc statusu bir daha sübut edir ki, o dövlətçiliyinin, sabitliyin tərəfində deyil, xəyanətkarların yanındadır. Əslində, Əli Kərimlinin iflasında bunu dinləmək gözləniləndir. Axı o da xəyanətkardır - liderinə, mərhum Əbülfəz Elçibəyə xəyanət edib. Xəynətkarın xəyanətkarı müdafiə etməsi niyə təəccüblü gəlsin ki?
Nəzərə alaq ki, Natiq Kərimov Milli Şuranın üzvüdür və bu qurumda dövlətə xəyanət təcrübəsi ilk deyil. Bir neçə ay bundan öncə Əli Kərimlinin "sağ əli" olan Fuad Qəhrəmanlının İrana işləməsi, fars agenturasının sifarişilə Nardaran hadisələrindən sui-istifadə edib, ölkədə iğtişaş törətmək niyyəti xəyanət silsiləsinin nə başlanğıcı, nə də sonudur. Əsası Əli Kərimli tərəfindən qoyulan xəyanətkar ordusunun növbəti qurbanının kim olacağını isə zaman göstərəcək.
Diqqətn edin, Milli Şura adlı qurum və ona faktiki rəhbərliyi dövlətə xəyanət edən hər kəsin müdafiəsinə qalxır. Yəni faktiki olaraq Milli Şura adlı qurum xəyanətkarlar yuvasına çevrilib.
Əslində Əli Kərimli Natiq Kərimovun Milli Şura üzvü olduğunu fəxrlə deməsi, növbəti dəfə özünü ifşadır və bu qurumun da başdan ayağa xəyanət içərisində olduğunun əyani göstəricidir. Natiq Kərimovu odlu alovlu müdafiə edən Əli Kərimli bildirir ki, Natiq Kərimov həmişə dinc mübarizənin tərəfdarı olub.
Görəsən, dövlətini satmaq nə zamandan `dinc mübarizə` hesab olunur? Əgər Natiq Kərimov hakimiyyətə qarşı dinc siyasi mübarizə aparırdısa, niyə iki polisi şəhid edən Tale Bağırzadə və onun ekstremist dəstəsini müdafiə edirdi? Bəlkə etiraf edəsiniz, sizə kələk gələn Fuad Qəhrəmanlıya görə, dostlarınızın vermədiyi payı, Natiq Kərimovu dəstəkləyib almaq istəyirsiniz?
Elvin
Digər Xəbərlər
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20