Amerikalı məşhur rejissor, ssenarist və prodüser Kventin Taran­tino öz yaradıcılığı ilə bağlı maraqlı açıqlama verib.

"Unikal" xəbər verir ki, o, "The Church Of Tarantino" adlı onlayn icmaya müsahibəsində bildirib ki, onun kino karyerasının ən yaxşı işi — 2009-cu ildə çəkdiyi “Şərəfsiz əclaflar” (“Inglourious Basterds”) filmidir.

Taran­tino qeyd edib ki, “Kriminal qiraət” (Pulp Fiction) və “Azad olunmuş Canqo” (Django Unchained) filmləri ona “Oskar” mükafatı və dünya şöhrəti qazandırıb, amma peşəkar baxımdan ən yüksək səviyyəyə “Şərəfsiz əclaflar”da nail olub.

Rejissor eyni zamanda özünün ən sevimli filmini də açıqlayıb. Bu, “Bir zamanlar... Hollivudda” filmidir. Kino tarixinin ulduzları Leonardo Di Kaprio və Bred Pittin baş rolda çəkildiyi ekran əsəri Taran­tinoya xüsusi emosional bağlılıq yaşadır.

 

Onun sözlərinə görə, “Billi öldürmək” (Kill Bill) isə “tam mənada Taran­tino filmi”dir. Çünki rejissor hesab edir ki, bu ekran əsərini yalnız özü çəkə bilərdi: “Hər kadr, hər detal mənim təxəyyülümdən, şəxsi hekayələrimdən və ehtiraslarımdan doğulub”.

Bununla yanaşı, Taran­tino səmimi etiraf edib ki, ilk illərində çəkdiyi bəzi filmlərdə uğursuz məqamlar da olub. O, “Quduz köpəklər” (Reservoir Dogs) və “Kriminal qiraət”də bəzi kadrların “həvəskar səviyyəsində” göründüyünü deyib. “İnsanın rejissor kimi başa düşməsi üçün ən azı iki film çəkməsi lazımdır”, — deyə zarafatla əlavə edib.