Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.
“Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2026-cı il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunmağa davam edəcək. Eyni zamanda, iki nəfər tabe olan şəxslər siyahısından çıxarılıb.
“Avropa İttifaqı Rusiyaya təzyiqləri artırmağa, o cümlədən əlavə sanksiyalar qəbul etməyə hazırdır”, - deyə Brüssel vurğulayıb.