Polşa Seymi Ukraynanın işsiz vətəndaşlarını sosial müavinət almaq və dövlət səhiyyə sistemindən istifadə etmək hüququndan məhrum edən qanun qəbul edib.
"Unikal" xəbər verir ki, müvafiq qərar Polşa parlamentinin rəsmi saytında dərc olunub.
Yeni qanunvericiliyə əsasən, ailə müavinətləri və səhiyyə xidməti yalnız Polşada peşəkar fəaliyyət göstərən əcnəbilərə veriləcək. Qanun bütün xarici vətəndaşlara şamil edilir, lakin xüsusilə ukraynalı qaçqınlara təsir edəcək.
"Seym əcnəbilər üçün sosial müavinətlər haqqında qanun qəbul edib. O, ailə müavinətlərinin və ya dövlət səhiyyə xidmətinə çıxışın yalnız Polşada peşəkar fəaliyyət göstərən əcnəbilərə veriləcəyini nəzərdə tutur", - parlamentin kansiyası bildirib.