Omskda boks üzrə Avropa çempionu Lovari Mixayilenko öldürülüb.

"Unikal" xəbər verir ki, atletin başından güllə yarası almış meyiti mənzilində tapılıb. 

31 yaşlı idmançını ziyarətə gələn 23 yaşlı gənclə münaqişə yaranıb və bu zaman gənc silahı götürərək boksçunu başından vurub. Bundan sonra həmin şəxs şəhəri tərk edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq şübhəli şəxsi Novosibirsk vilayətində saxlayıb və onu qətldə ittiham ediblər.

Qeyd edək ki, 2008-ci ildə Mixayilenko gənclər arasında Avropa çempionatının qalibi oldu.