İyulun 7-8-də keçiriləcək NATO Liderlər Sammiti ilə əlaqədar Ankaradakı "Esenboğa" Beynəlxalq Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq ediləcək.
"Unikal" xəbər verir ki, məhdudiyyətlər iyulun 7-də saat 10:00–18:00, iyulun 8-də isə 14:00–21:00 arasında qüvvədə olacaq.
Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinin məlumatına görə, xarici dövlət başçılarını və rəsmi nümayəndə heyətlərini daşıyan mülki və hərbi təyyarələr bu məhdudiyyətlərdən azad ediləcək.
Sammit çərçivəsində NATO liderlərinin alyansın gələcək inkişafını nəzərdə tutan "NATO 3.0" konsepsiyasını müzakirə etməsi planlaşdırılır.




















































.jpg)
