İyun ayında sərnişinlər metro ilə 18 milyondan çox səfər ediblər.
"Bakı Metropoliteni"ndən "Unikal"a verilən məlumata görə, ötən ilin iyun ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9 % artıb.
Ayın lideri 1 711 203 sərnişinlə “Koroğlu” stansiyası olub.
1 iyun 752 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.
NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9 %-ni təşkil edib.
“Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75 % çox sərnişin istifadə etdiyini göstərir.











.jpg)






































.jpg)


