Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 16 ünvanında yeni işıqforlar quraşdırılaraq istifadəyə verilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin ərazidə nəqliyyat axınının intensivliyi nəzərə alınaraq 3-ü "L" tipli, 1-i isə "A" tipli olmaqla, ümumilikdə 4 işıqfor quraşdırılıb. Yeni işıqforların istismara verilməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti nizamlı şəkildə təşkil olunub.

Bundan əlavə, ərazidə yaşayış binaları və yaxınlıqda orta məktəb, uşaq bağçasının yerləşməsi nəzərə alınaraq piyadaların yolu təhlükəsiz keçməsi üçün də zəruri şərait yaradılıb və işıqforlara piyada bölmələri quraşdırılıb.