Xəbər verdiyimiz kimi, Tailandda 11 yaşlı oğlan avtomobili Buddist rahiblər qrupuna çırparaq 10 nəfərin ölümünə səbəb olub.

"Unikal" xəbər verir ki, hadisə ölkənin şimal-şərqində ziyarət yürüşü zamanı baş verib.

Beş nəfər dərhal ölüb, daha beş nəfər xəstəxanaya yerləşdirilib. 10-dan çox insan yaralanıb, birinin vəziyyəti ağırdır.

Oğlan saxlanılıb. Polis, həmçinin, onun valideynlərini məsuliyyətə cəlb etməyi düşünür.