Tailandda 11 yaşlı oğlan valideynlərinin pikapını götürərək bir qrup Buddist rahibini vurub.

"Unikal" xəbər verir ki, qəza Mukdahan əyalətində baş verib. Oğlan ailəsinin icazəsi olmadan "Isuzu" pikapının sükanı arxasına keçərək şəhər mərkəzinə doğru hərəkət edib. O, Mukdahandan Ubon Ratçatanı istiqamətində gedən 34 rahib qrupunu vurub. Rahiblərlə əlaqəsi olmayan yaxınlıqdakı bir nəfər də yaralanıb.

Qəzadan dərhal sonra yolda huşsuz vəziyyətdə beş rahib tapılıb, daha beş nəfər isə xəstəxanaya aparılıb, lakin onları xilas etmək mümkün olmayıb. Qurbanların bəziləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Tailandın nəqliyyat nazirinin müavini hadisə yerinə göndərilib.