Avropa İttifaqı Ukraynanın təcrübəsini Ermənistana tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İrəvana səfəri zamanı bildirib.

Onun sözlərinə görə, ekspertlər gələn həftə Ermənistanın enerji idxalını şaxələndirməyə kömək etmək üçün İrəvana gələcəklər. Aİ prezidenti Ukrayna və Moldovanın nümunələrinə əsaslanaraq Avropa İttifaqının bu sahədə geniş təcrübəyə malik olduğunu vurğulayı.