2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları, YAP Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzi publik hüquqi şəxsinin direktoru və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov polis əməkdaşlarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Qaradağ Rayon Polis İdarəsinin şəxsi heyəti bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin etibarlı təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların hüquqlarının müdafiəsi naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarığını səfərbər edəcəkdir. Azərbaycan Respublikası daxili işlər naziri cənab Vilayət Eyvazovun təbrik məktubu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmiş, onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Azərbaycan Polisi artıq 108 ildir ki, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində fədakarlıqla xidmət göstərir. Bildirilmişdir ki, daxili işlər orqanlarının müasir, peşəkar və güclü dövlət təsisatına çevrilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuş, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində onların sosial müdafiəsinin gücləndirilməsi, xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Çıxış edənlər Azərbaycan polisinin cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində və dövlət maraqlarının qorunmasında mühüm rol oynadığını vurğulayaraq, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda polis orqanlarında uzunmüddətli və səmərəli xidmətlərinə, xidməti fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görə bir qrup Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən fəxri təşəkkür plaketləri və xatirə hədiyyələri ilə təltif olunmuşdur.




.jpg)


.jpg)







.jpg)
































