Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə iyulun 2-də Gürcüstana dövlət səfərinə gəlib.
"Unikal" xəbər verir ki, Özbəkistan Prezidentini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Şavkat Mirziyoyevin Gürcüstan Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Özbəkistan liderini Gürcüstan prezidenti Mixeil Kavelaşvili qarşılayıb.
Səfər çərçivəsində Şavkat Mirziyoyevin Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə də görüşü planlaşdırılır. Müxtəlif sahələrdə sazişlər və anlaşma memorandumları imzalanacaq.
Özbəkistan Prezidenti, həmçinin Gürcüstanın Birliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaq və şair Əlişir Nəvainin abidəsinin açılış mərasimində iştirak edəcək.








.jpg)


.jpg)






.jpg)





























