02 iyul 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edən, ssenari müəllifi, Qarabağ qazisi, jurnalist Rey Kərimoğluna məxsus “Adsız qəhrəman” adlı sənədli filmin təqdimat mərasimi baş tutub.
"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhidin ailə üzvləri, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlamış, filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə və bu işə töhfə vermiş şəxslərə təşəkkürünü bildirib, onların Qarabağ həqiqətlərinin və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması istiqamətində gördükləri işi yüksək qiymətləndirdiyini vurğulayıb, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Çıxış edən Rey Kərimoğlu şəhidin həyat və döyüş yolundan bəhs etmiş, tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir.
Şəhidin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rey Kərimoğlu Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən fəxri fərmanla təltif edilib.














.jpg)


.jpg)







.jpg)
























